ABU Çellenc kubokuna qələbə ilə başladı
Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün ilk matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, “sarı-qırmızılar” doğma divarlar arasında Yunanıstanın “Meqas Aleksandros” (Böyük İsgəndər) kollektivini qəbul edib.

Üstün oyun nümayiş etdirən Bakı təmsilçisi rəqibini böyük fərqlə üstələyib – 32:21 (18:7). ABU komandasından Ən çoz fərqlənə həndbolçu İnarə Yusubova olub – 11 top.

Sabah cavab matçı da paytaxtda keçiriləcək.

Xəbər 1170 dəfə oxundu.