Kroyf: “İbrahimoviçdənsə Ronaldo yaxşıdır”
Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyf dünya çempionatında Kriştiano Ronaldonu görmək istəyir.

DÇ-2014-ün pleyy-off mərhələsində bu gün baş tutacaq Portuqaliya - İsveç matçıöncəsi danışan "Barselona"nın sabiq baş məşqçisi deyib ki, Zlatan İbrahimoviçdənsə, portuqaliyalı hücumçunun Braziliyaya getməsini arzulayır:

"İki futbolçudan birini seçmək çox çətindir. Ancaq mütləq birini seçməliyəmsə, Ronaldonu izləmək istəyərəm. Bu İspaniyada yaşadığım üçün siyasi bir seçimdir. İkisi də fərqli tərzli oyunçulardı. Keçmişdə onları çox tənqid etmişəm."

Bütün bunlara baxmayaraq, Y.Kroyf Ronaldodan və İbrahimoviçdən birinin Braziliyada olmamasının məyusedici olduğunu bildirib.

Xəbər 908 dəfə oxundu.