Muay tayçılarımız dünya çempionatının yarımfinalına yüksəliblər
Sentyabın 19-da Daşkənd şəhərində muay tay üzrə İFMA versiyası üzrə növbəti dünya çempionatı start götürüb. Ölkəmizi bu yarışlarda 63,5 kq-da Şəhriyar İsayev, 67 kq-da Cabbar Mustafayev təmsil edirlər. Ş.İsayev ilk döyüşündə Türkiyə idmançısına məğlub olaraq, yarışdan kənarlaşdırılıb. C. Mustafayev isə Əfqanıstan və ABŞ təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib.
Dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.


Xəbər 2640 dəfə oxundu.