Messidən daha bir üzücü xəbər
"Betis"lə matçda üçüncü dəfə ayaq əzələsindən zədələndiyi üçün iki ay yaşıl meydanlardan uzaq qalacaq Lionel Messinin psixologi durumunda problemlər yaranıb.

Hazırda argentinalı hücumçu özünü çox pis hiss edir.

Argentina Futbol Federasiyası (AFF) və "Barselona" isə ulduz oyunçunun tezliklə sağalması üçün birlikdə səy göstərir. İki tərəf arasında əldə olunan razılaşmaya əsasən Messi uzun müddət müalicə olunacaq. Müalicənin başlanğıcında futbolçunun 15 gün ərzində əməliyyat yaralarının sağalması gözləniləcək.

Bu proses tamamlandıqdan sonra isə Messinin müalicəsinə Argentinada davam etdiriləcək.

Müalicənin ən önəmli məqamlarından biri futbolçunun stressdən uzaq tutmaq olacaq. Bu səbəbdən də o, Argentinaya istirahət edəcək.

Messi sağaldıqdan sonra isə onun meydana hazır vəziyyətdə qayıtması üçün mini turnir təşkil olunacaq.

Xəbər 1000 dəfə oxundu.