Mourinyo Falkaoya görə Belçikaya getdi
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Monako"nun futbolçusu Radamel Falkaonun oyunun izləmək üçün Belçikaya gedib.

Qış transferi pəncərəsində kolumbiyalı hücumçunu heyətinə qatmağı planlaşdıran portuqaliyalı mütəxəssis Kolumbiya yığmasının Belçika ilə oynadığı qarşılaşmaya stadiondan baxıb.

Qeyd edək ki, sözügedən qarşılaşmada Kolumbiya millisi 2:0 hesablı qələbə qazanıb. R.Falkao komandasının 51-ci dəqiqədə ilk qolunu vurub.

Xəbər 862 dəfə oxundu.