Ronaldo velosipedçiyə məğlub oldu
Portuqaliyada "İlin idmançısı"nın adı açıqlanıb.

Portuqaliyalı velosipedçi Rui Koşta ardıcıl 2-ci dəfə bu mükafata layiq görülüb.

Bu titul uğrunda gedən mübarizədə 27 yaşlı idmançı “Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonu və tennisçi Juanna Souzanı qabaqlamağı bacarıb.

Portuqaliyanın ən yaxşı xanım idmançıları isə Emanuel Silva və Juan Ribeyru olublar.

Xəbər 980 dəfə oxundu.