“Liverpul”un skautları Kiyevə yola düşüblər
“Liverpul”un skautları Ukrayna – Fransa oyununu tribunadan izləmək üçün Kiyevə yola düşüblər. Onların əsas məqsədi “Dinamo”nun hücumçusu Andrey Yarmolenkonu iş başında görmək olacaq. “Qırmızılar” ötən yay da ukraynalı futbolçunu heyətinə qatmaq istəyirdi. Amma kiyevlilərin ona görə 24 milyon avro tələb etməsi ingilisləri razı salmamışdı. Qışda “Liverpul” yenidən Yarmolenkonu almağa cəhd göstərəcək. Cari mövsümdə 21 oyunda meydana çıxan forvard 14 qol vurub və 4 məhsuldar ötürmə verib.

Xəbər 726 dəfə oxundu.