"Qarabağ" hazırlıqlara start verdi
Milli oyunlar səbəbindən Topaz Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AZAL-la baş tutan son oyundan sonra komandaya 4 günlük istirahət vermişdi.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq yenidən yığışan komanda hazırlıqlara başlayıb.

Amma milli futbolçuların xidmətlərindən yararlana bilməyən komanda məşqlərini tam heyətlə keçə bilmir. Belədə, aşağı yaş qruplarından futbolçular da əsas komandanın hazırlığına cəlb edilib.

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın XIV turunda "Rəvan"ı qəbul edəcək. Oyun noyabrın 24-də Respublika stadionunda baş tutacaq.


Xəbər 870 dəfə oxundu.