Dünya çempionatını internet vasitəsi ilə canlı izləyin!

Bakıda keçiriləcək boks üzrə dünya çempionatı www.AIBAboxingTV.com saytı ilə canlı yayımlanacaq. İdman.com.az-ın məlumatına görə, həvəskarlar yarışların ilk günündən finala kimi bütün döyüşləri internet vasitəsi ilə izləmək imkanı əldə edəcəklər.

Bundan başqa, 18 final mərhələsindən finala kimi yarışlar Youtube vasitəsi ilə www.youtube.com/aibabofingtv saytı ilə də birbaşa yayımla idman həvəskarlarına təqdim olunacaq. Boks ilk olimpiya idman növlərindəndir ki, yarışları Youtube vasitəsi ilə bütün dünyaya yayımlanır.

Qeyd edək ki, «İdman Azərbaycan» telekanalı da dünya çempionatının bütün görüşlərini canlı yayımla təqdim edəcək. Yarışlar hər gün səhər saat 11-də başlayacaq.

Xəbər 1063 dəfə oxundu.