"Beşiktaş" "Çelsi"nin futbolçusunu istəyir
“Çelsi” klubunun seneqallı hücumçusu Demba Ba İstanbul klubuna keçə bilər.

Futbolçu ilə “Beşiktaş” klubu yaxından maraqlanır.

Futbolçunun özü də Türkiyədə oynamağın əleyhinə olmadığını bildirib: “Mən imkan olduqca Demba Ba ilə söhbətləşirəm. O, “Beşiktaş”da oynamağa razıdır.” – deyə FİFA-nın agenti Seylan Kaliskan bildirib.

Qeyd edək ki, “Arsenal”, “Valensiya” və Vest Hem” kimi klublar da hücumçunun xidmətində maraqlanır.

Xəbər 881 dəfə oxundu.