Estoniya millisi daha 2 futbolçusunu itirdi
Noyabrın 15-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Estoniya yığması daha 2 futbolçunun xidmətindən məhrum olub. Lent.az-ın məlumatına görə, bunlar müdafiəçi Enar Yager və yarımmüdafiəçi Martin Vunkdur.
Hər iki oyunçu zədə səbəbindən oynamayacaq. Daha öncə Raqnar Klavan İqor Morozov, Rayo Piiroya, Taavi Ryahn və Sander Purinin də millimizə qarşı çıxış etməyəcəkləri açıqlanıb. Konstantin Vasilyev isə sabahkı oyundan sonra çıxış etdiyi Rusiya “Amkar”ının düşərgəsinə dönəcək. O, noyabrın 19-da Lixtenşteynlə yoldaşlıq görüşünü buraxmalı olacaq. Vasilyev yerli mətbuata millimiz haqda fikirlərini açıqlayıb: “Azərbaycan yığması sürətli və texnikalı oyunçulara malikdir. Üstəlik, rəqibin Berti Foqts kimi intizamı sevən baş məşqçisi var”.

Qeyd edək ki, Tallindəki “A.Le Koq Arena”da keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Xəbər 922 dəfə oxundu.