"Atletiko"ya bəd xəbər
"Land of fire Azerbaijan" yazılı forma ilə uğurlu çıxış edən İspaniyanın "Atletiko" klubunun azarkeşlərinə xoş olmayan xəbər verilib. Belə ki, komandanın əsas futbolçularından biri olan Leo Baptista dünən "Kordoba" ilə keçilrən yoldaşlıq görüşündə zədələnib. O bu gün tibbi müayinədən keçəcək və futbolçunun nə vaxt meydana çıxacağı bəlli olacaq. İlkin ehtimala görə, o "Zenitə" qarşı keçiriləcək qarşılaşmada forma geyinə bilməyəcək.

Xatırladaq ki, "Kordoba" - "Atletiko" oyunu 1-1 başa çatıb.

Xəbər 869 dəfə oxundu.