"Qalatasaray"lı futbolçular Fatih Terimi istəyir
Türkiyə Superliqasında lider "Fənərbaxça" ilə xal fərqini 9-a yüksəldən "Qalatasaray"ın futbolçuları sabiq baş məşqçiləri Fatih Terimin yenidən komandaya gəlməsini istəyir.

Təcrübəli mütəxəssislə telefonla əlaqə saxlayan "Cim Bom"lu oyunçular türk çalışdırıcıya bunları deyib:

"Sizsiz xoşbəxt deyilik. Komandadakı psixoloji vəziyyət çox pisdir. Hər gün iki cənazə çıxan ev kimiyik".

Futbolçulara dəstək olmağa çalışan Terim isə onlara hansı şərtlərdə olursa-olsun sonadək mübarizə aparmalı olduqlarını bildirib.

Xəbər 920 dəfə oxundu.