"Rəvan" məşqləri bərpa etdi
Topaz Premyer Liqanın 13-cü turunda "Sumqayıt” ilə qarşılaşdıqdan sonra istirahət edən "Rəvan" 4 gündən sonra yenidən hazırlığa başlayıb.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında məşqləri bərpa edən futbolçular Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da çalışır. Gündə 2 dəfə məşqə çıxan oyunçular səhər fiziki, axşam isə taktiki-texniki yöndə hazırlıq keçir.

Məşqlərdə 2 zədəli futbolçu – Tofiq Mikayılov və Elvin Həsənəliyev, o cümlədən dizindəki zədəni sağaltmaqla məşğul olan Kristian Torres iştirak etməyib. Amma sonuncunun "Qarabağ”la oyuna qədər sıraya dönəcəyini qeyd edilib.

Xəbər 818 dəfə oxundu.