Nəriman Abdullayev: “5 medala ümid edirik”

Boks üzrə milli komandamız sentyabrın 21-də “Sərhədçi” İdman Olimpiya Kompleksində jurnalistlər üçün açıq məşq keçib. İdman.com.az saytının məlumatına görə, toplanışda yığmamızın baş məşqçisi Yevgeni Kotov, məşqçilər Nəriman Abdullayev, Ruslan Xairov və bəzi şəxsi məşqçilər iştirak ediblər. Mətbuat nümayəndələrinə açıqlama verən Nəriman Abdullayev boksçularımızın yaxşı formada olduğunu bildirib: “Yarışa çox az vaxt qalıb. Amma qısa müddətdən maksimum yararlanmalıyıq. Əsas odur ki, ciddi zədələr yofdur. Dünya çempionatında uğurla çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Dünya çempionatı Bakıda keçirildiyindən təbii ki, nəticələr daha yafşı olmalıdır. Rusiyada yerli komanda ilə birgə yaxşı təlim-məşq toplanışı keçdik. Biz 5 medala ümid edirik. Lisenziyaların sayı isə daha çox ola bilər”.




Xəbər 1223 dəfə oxundu.