"Şaxtyor" "Beşiktaş"a böyük hesabla qalib gəldi
Milli komandaların yoldaşlıq görüşlərindən istifadə edən Türkiyənin "Beşiktaş" klubu Ukrayna "Şaxtyor"u ilə yoxlama oyununda qüvvəsini sınayıb.

İstanbulda keçirilən oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb.

Mirça Luçeskunun komandası "ağ-qaralar"ın qapısından dörd qol keçirib. İstanbul təmsilçisi bu qollardan yalnız birinin əvəzini çıxa bilib - 1:4

Xəbər 972 dəfə oxundu.