Vilya: "Hər bir mövqedə gərgin mübarizə gedir"
"Atletiko" (Madrid) klubunun futbolçusu David Vilya İspaniya milli komadasındakı rəqabətdən danışıb.

Təcrübəli futbolçu əsas heyətə düşmək uğrunda gərgin mübarizənin getdiyini bildirib.

“Hər bir mövqedə gərgin mübarizə gedir. Son bir neçə il ərzində biz güclü futbolçuların milliyə çağırılmamalarının şahidi olmuşuq. Çünki onlara yer çatmayıb. Bu rəqabət artıq bir neçə ildir ki, davam edir və bir gün olsun belə dayanmır. Biz dünya çempionatında uğur qazanmaq üçün bu rəqabəti davam etdirməliyik".

Xəbər 861 dəfə oxundu.