"Bavariya"nın gəliri açıqlandı
"Bavariya" klubunun 2012/2013 mövsümündəki gəlirləri açıqlanıb.

Ötən mövsümlə müqayisədə gəlirlərini 62 milyon avro artıraraq 393 milyon avroya yüksəldən klub tarixində ən çox qazancını əldə edib.

Gəlirlərin açıqlandığı zaman vergidən yayındığı üçün məhkəmə qarşısına çıxacaq Münhen təmsilçisinin prezidenti Uli Henessə böyük dəstək gəlib. O, isə bu dəstək qarşısında göz yaşlarını saxlaya bilməyərək hönkür-hönkür ağlayıb. Klub prezidenti etdiyi hərəkətin böyük səhv olduğunu bildirib.

Xəbər 907 dəfə oxundu.