"Mançester Yunayted" İnyestanı istəyir
"Mançester Yunayted" qış transferi pəncərəsində "Barselona"nın futbolçusu Andres İnyestanı heyətinə qatmaq istəyir.

İspaniya və Britaniya mətbuatı iddia edib ki, "qırmızı-şeytanlar" yarımmüdafiədəki problemlərinin həll etmək üçün ispan oyunçu ilə razılıq əldə etməyə çalışır. Son zamanlar matçlara start heyətdə çıxmayan və hələ də komandası ilə müqaviləsini yeniləməyən A.İnyestanın göndəriləcək təklifi müsbət qarşılayacağı bildirilir.


Qeyd edək ki, A.İnyestanın Kataloniya klubu ilə müqaviləsi 2014-cü ildə bitir. Sözləşməni uzatmaq barədə hər iki tərəf arasında danışıqlar davam etsə də, hələlik qarşılıqlı razılaşma əldə olunmayıb.

Xəbər 858 dəfə oxundu.