Çili yığması ciddi itki ilə üzləşdi
Artur Vidal Çili yığmasının heyətindən kənarlaşdırılıb.

Buna “Yuventus”un futbolçusunun zədələnməsi səbəb olub.

Milli komandanın həkimi futbolçunun sağ ayağının zədəli olduğunu bildirib. Futbolçunun zədəsini 2 həftə ərzində sağaldacağı güman edilir.

Qeyd edək ki, futbolçu “Yuventus”un bazasında müalicə alacaq.

Xəbər 1192 dəfə oxundu.