Çağla Büyükakçay əməliyyat olundu
Türkiyənin milli tennisçisi Çağla Büyükakçay burnundan əməliyyat olunub.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Florens Naitingeil Xəstəxanasında Tennis Qılıncoynatma Alpinistlik klubunun başçısı Mehmet Tınaz tərəfindən reallaşdırılan əməliyyat uğurlu keçib və tennisçinin xəstəxanada bir gecə olub.

Çağla Büyükakçayın məşqçisi Can Üner milli idmançının uzun müddətdir burnundakı problemlər səbəbi ilə çətinlik yaşadığını ifadə edərək, "Bu vəziyyət onun nəfəs almasını çətinləşdirirdi və onun performansına da mənfi təsir göstərirdi. İki həftəlik tətildən sonra yeni mövsüm hazırlıqlarına 24 noyabrda başlayacağıq. Çağla Büyükakçay mövsümü 16 dekabrda Ankara Tennis Klubundakı oyunları ilə açacaq. "

Xəbər 1333 dəfə oxundu.