Oktay Mahmud: "Belə bir məğlubiyyət yaşamadım"
THY Avroliqasının 5 həftə davam edən qarşılaşmasında Real Madridə 103-57 hesabı ilə məğlub olan Anadolu Efesin məşqçisi Oktay Mahmud oyundan sonra şərhlər verib.

İdman.com.az saytının məlumatına görə, Mahmud 13 illik Avroliqa karyerası dövründə belə bir məğlubiyyət yaşamadığını bildirib.

Mahmud karşılaşma ilə əlaqədar, "İlk öncə Real Madrid komandasını və məşqçisinin təbrik edirəm. Biz bu gün burada xarakterimizi göstərmədik və matçı qazanmağa gəlmədik. Oyunçuları günahlandırmaq çox asandır. Komandamızı hazırlamaq lazım idi, çalışdım amma görünür müvəffəqiyyətli ola bilməmişəm. Bu utancı həmişə birlikdə yaşayacağıq. Maç itirə bilərdik, amma belə bir oyun sahəyə qoymamalıydıq. 13 illik Avroliqa karyeramda belə bir məğlubiyyət yaşamadım. Dediyim kimi oyunçuları günahlandırmaq ən asandır, amma məsuliyyəti mən öz üzərimə götürürəm."-deyə sonda bildirib.

Xəbər 724 dəfə oxundu.