Prandelli İtaliya millisindən ayrıla bilər
İtaliya millisinin baş məşçqçisi Çezarri Prandelli yığmadan ayrıla bilər.

Bu barədə təcrübəli mütəxəssis Almaniya yığması ilə hazırlıq matçı öncəsi məlumat verib.

Dünya çempionatından sonra komandadan gedib-getməyəcəyi ilə bağlı sualı o, belə cavablandırıb: "Nələrin olacağını görəcəyik. İtaliyanın baş məşqçisinizsə, həm üzərinizdə böyük təzyiq olur, həm də azarkeşlər sizdən çox şey gözləyir" - deyə Ç.Prandelli bildirib.

Qeyd edək ki, hazırkı çalışdırıcının yığmadan ayrılacağı təqdirdə, komandaya "Qalatasaray"ın baş məşqçisi Roberto Mançinin gətiriləcəyi gözlənilir.

Xəbər 909 dəfə oxundu.