Roberto Karlos: "Ronaldo "Qızıl top"u haqq edir"
Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlos sabiq komandası "Real" (Madrid) klubunun ulduz futbolçuları Ronaldo və Beyl haqda danışıb.

Karlos "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun bu il "Qızıl top" mükafatını haqq etdiyini bildirib:

"Ronaldo hər oyunda qol vurur. Buna görə də o mükafatlandırılmalıdır. Ronaldo "Qızıl top" mükafatını haqq edir. Bu il mükafatı məhz Ronaldonun qazanacağını düşünürəm. Qaret Beylə gəldikdə isə o da dünyanın ən yaxşı futbolçularından biridir. Uelsli futbolçunun daha da yaxşı olacağına əminəm".

Xəbər 1122 dəfə oxundu.