Edin Dzeko İtaliya A Seriyasına doğru
"Mançester Siti" klubunun hücumçusu Edin Dzeko qışda komandasını tərk edəcək.

Bosniyalı futbolçunun "Roma" klubuna transfer olunacağı gözlənilir.

27 yaşlı futbolçunun artıq "Roma" klubu anlaşmaq üzrə olduğu iddia edilir. Lakin təcrübəli futbolçu ilə İtaliyanın "İnter" klubu da yaxından maraqlanır. İstənilən halda böyük ehtimalla, Dzeko yanvar ayından İtaliya A Seriyasında çıxış edəcək.

Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"də çıxış edən Dzeko keçirdiyi 83 oyunda 33 qola imza atıb.

Xəbər 842 dəfə oxundu.