Aliyə dünya çempionatının finalında 6-cı olub

Fransanın Monpelye şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatının ikinci günü ilk mükafatlar qazanılıb. Gimnastika Federasiyasından aldığımız məlumata görə, halqa və topla keçirilən fərdi yarışda qaliblər müəyyən olunub. Azərbaycan idmançısı Aliyə Qarayeva hər iki finala vəsiqə qazanıb. Halqa ilə finalda Aliyə 27,625 balla 7-ci yeri tutub. İlk üçlükdə Yevgeniya Kanayeva, Darya Kondakova (Rusiya) və Neta Rivkin (İsrail) yer alıb. Aliyə Qarayeva topla hərəkətlərdə 27,6 balla 6-cı olub. Bu hərəkət üzrə qızıl və gümüş medallara Kanayeva və Kondakova, bürünc medala isə Belarus təmsilçisi Lyubov Çerkaşina sahib olub.
Bu gün çempionatda gürz və lentlə təsnifat yarışları başlayır. Azərbaycan gimnastları – Anna Qurbanova, Zeynəb Cavadlı və Aliyə Qarayeva gürzlə hərəkətlər nümayiş etdirəcəklər.


Xəbər 1075 dəfə oxundu.