Modriç: "İslandiya yığması zəif rəqib deyil"
Dünya çempionatının final mərhələsinə getmək yolunda İslandiya yığması ilə pley-off oynayacaq Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç maraqlı açıqlamaları ilə diqqət çəkib.

"Real" (Madrid) klubunun futbolçusu İslandiya yığmasının zəif olması fikri ilə razılaşmadığını dilə gətirib:

"Hazırda əla formadayam, çünki "Real"da özümü yaxşı hiss edirəm. İngiltərədə məni hər şey qane edir. İslandiya ilə keçirəcəyimiz pley-off oyunlarına gəlincə bizə çətin olacaq. Bu oyunun istidə və ya şaxtada keçirilməsinin bizim üçün fərqi yoxdur. Çünki hər iki komanda eyni şərtlər altında oynayacaqlar. Hər şey öz əlimizdədir. Əgər Xorvatiya millisi öz oyununu sərgiləsə, o zaman dünya çempionatının final mərhələsinə gedəcək. İslandiyanı zəif rəqib hesab etmirəm. Çünki zəif komanda seçmə mərhələni ikinci pillədə başa vurmur".

Qeyd edək ki, Xorvatiya və İslandiya yığmaları arasında pley-off oyunları 15-19 noyabr aralığında keçiriləcək.

Xəbər 869 dəfə oxundu.