"Ronaldo ilə birgə oynamaq mükəmməl bir hissdir"
Transfer pəncərəsinin sonlarında “Real” (Madrid) klubuna transfer olunan Qaret Beyl komandada sərgilədiyi oyundan və komanda yoldaşı Ronaldo haqda danışıb.

Uelsli futbolçu Ronaldo ilə oynamağın ona böyük zövq verdiyini bildirib.

“Mən yalnız bu yaxınlarda hazırlıq mərhələsini başa vurmuşam. Hələ indi komandaya daha çox kömək edəcəm. Bundan sonra daha çox qol vura və komandanın uğurlarına töhfə verə bilərəm. 100 faiz formama qayıtmağım isə vaxt tələb edən bir şeydir.

Hər kəs görür ki, artıq mən klubda nəsə bacarıram. Öz üzərimdə daha çox işləməliyəm və güman edirəm ki, daha çox qol vuracam. Ronaldo ilə oynamaq mükəmməl bir hissdir. Hər həftə het-trik edir. Onunla meydanda olmaq rahatlıqdır”.

Xəbər 866 dəfə oxundu.