"İnter"in qapıçısı "Mançester Siti"nin hədəfində
"İnter" klubunun qapıçısı Samir Handanoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Mançester Siti" klubu sloveniyalı qolkiperi transfer etməyi planlaşdırır.

Mançester təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini yanvar ayından 29 yaşlı qapıçını komandasında görmək istəyir. Co Hartın son turlarda kobud səhvlərə yol verməsi ispaniyalı mütəxəssisi yeni qapıçı axtarışlarına vadar edib. İngiltərə klubu Handanoviçin keçidi üçün 20 milyon funt-sterlinq təklif edib. Lakin hələlik "İnter" klubu bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Handanoviç 2012-ci ildən "İnter"in şərəfini qoruyur.

Xəbər 835 dəfə oxundu.