"Atletiko"nun rəsmisi həbs oluna bilər
"Atletiko"nun (Madrid) idman direktoru Joze Luis Perez Kaminero həbs oluna bilər.

Prokuror idman direktorunun narkotik ticarətindən əldə etdiyi gəlirlər səbəbindən 4 il müddətinə həbs olunmasını tələb edib.

"El Mundo" qəzeti yazıb ki, Kamineronun İspaniyada Meksika və Kolumbiyanın narkotika şəbəkəsi ilə əməkdaşlıq edib, bunun vasitəsi ilə qeyri-qanuni pullar qazanıb.

Baş verənlərin ardından Madrid klubunun idman direktorunu istefaya göndərəcəyi gözlənilir.

Xəbər 874 dəfə oxundu.