Mançini siyahını rəhbərliyə təqdim etdi
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Türkiyə superliqasında "Fənərbaxça"ya məğlubiyyətin ardından komandadan göndəriləcək futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

İtaliyalı mütəxəssisin görmək istəmədiyi ilk futbolçu Danidir. Digər oyunçular isə Albert Riera və Nordin Ambaratdır. Hər üç futbolçunun uğursuz çıxışı səbəbindən baş məşqçi onların ayrılmasını istəyir.

R.Mançini həmçinin Emre Çolak, Sabri Sarıoğlu, Yekta Kurtuluş və Hakan Balta kimi türk futbolçuların yanvar ayına qədər gözlənilən oyunu nümayiş etdirməyəcəyi təqdirdə başqa klublara transfer olunmasını tələb edəcək.

Xəbər 845 dəfə oxundu.