Türkiyənin "Kayserispor" komandası yeni məşqçi axtarışındadır
Türkiyənin "Kayserispor" komandası yeni məşqçi axtarışlarını davam etdirir. Hələ ki, heç bir mütəxəssislə anlaşmayan Kayseri təmsilçisinin namizədlərindən biri də "Fənərbaxça"nın keçmiş baş məşqçisi Aykun Kocamandır. “Fənərbaxça”da yaşadığı uğursuzluqdan sonra klubla yolları ayrılan Kocamanın adı o vaxtdan bəri heç bir klubla eyni çəkilməmişdi. Kocamanın bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.

Xəbər 796 dəfə oxundu.