Növbəti lisenziya velosiped idman növündə qazanıldı

Sentyabrın 20-də Danimarkanın Kopenhagen şəhərində velosiped idman növü üzrə keçirilən Dünya çempionatında Azərbaycan yığma komandasının üzvü Yelena Çalaxa 27.8 km məsafədə 38.08.22 nəticə göstərərək 13-cü yerə layiq görülüb. Bu nəticə Yelena Çalaxa XXX London Yay Olimpiya oyunlarına lisenziya qazandırıb.

Bununla da idmançılarımızın bu günə qazandıqları lisenziyaların sayı 17, mübarizə aparacaq idmançıların sayı isə 18-ə yüksəldi. Lisenziyalar 9 idman növündə əldə edilib.

Xəbər 1113 dəfə oxundu.