“Qalatasaray” klubu transfer siyasətini davam etdirir
Türkiyənin “Qalatasaray” klubu transfer siyasətini davam etdirir.

İstanbul təmsilçisi “Mançester Yunayted”in oyunçusu Eşli Yanqın xidmətində maraqlıdır.

Bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Son matçların birində özünü yerə ataraq komandasına penalti qazandırdığı iddia edilən Yanqa idmançıya yaraşmayan hərəkətlər etməsi səbəbi ilə "qırmızı şeytanlar"ın baş məşqçisi David Moyes tərəfindən xəbərdarlıq edilmişdi. “Mançester Yunayted”in sabiq baş məşqçisin Alex Fergüsson da ingilis oyunçunu eyni səbəblərlə tənqid etmiş və keçən mövsüm heyyətdən uzaqlaşdırmışdı.

Qeyd edək ki, “Mançester Yunayted”in transfer üçün 9 milyon avro tələb edəcəyi gözlənilir.

Xəbər 917 dəfə oxundu.