"Messi artıq bir nömrəli futbolçu deyil"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Kriştiano Ronaldo ilə Lionel Messinin builki çıxışını müqayisə edib.

Təcrübəli mütəxəssis portuqaliyalı hücumçunun bu mövsüm Messini geridə qoyduğunu deyib:

"Əslində kimin daha güclü olduğunu demək çox çətindir. Ancaq Messi indiyə kimi ən yaxşısı idi. Bu mövsüm Ronaldo onu keçdi. Messi artıq bir nömrəli futbolçu deyil" - deyə A.Venger bildirib.

Qeyd edək ki, Ronaldo bu mövsüm ümumilikdə 24, Messi isə 14 qol vurub.

Xəbər 952 dəfə oxundu.