"Sampdoriya"nın baş məşqçisi qovuldu
İtaliya A seriyasında mübarizə aparan "Sampdoriya" baş məşqçisi Delio Rossi ilə yollarını ayırıb.

Buna komandanın son üç matçda uduzması səbəb olub.

Onun əvəzinə Sinisa Mixayloviç və ya Zdenek Zemanın komandaya gətiriləcəyi bildirilib.

Qeyd edək ki, D.Rossi 2012/2013 mövsümünün ortasından "Sampdoriya"nı çalışdırıb.

Xəbər 883 dəfə oxundu.