"Real"ın futbolçusu Premyer Liqa yolunda
“Real” (Madrid) klubunun gənc yarımmüdafiəçisi İsko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

“Mançester Siti” 21 yaşlı futbolçunu transfer etmək istəyir.

Oyun təcrübəsinin az olması səbəbindən Qaret Beylə uduzan İskonun komandadan ayrılacağı istisna olunmur. Məhz elə bu səbəbdən İskonun özü də verdiyi açıqlamasında keçmiş baş məşqçisi olan Manuel Peleqrini ilə yenidən birgə çalışmaq ehtimalı olduğunu bildirib.

Xatırladaq ki, “Mançester Siti” yay transfer pəncərəsində İskonu transfer etmək üçün “Malaqa”ya təklif göndərmişdi.

Xəbər 900 dəfə oxundu.