"Messinin zədələnməsinin günahkarı elə özüdür"
"Lionel Messinin zədələnməsinin günahkarı elə özüdür".

Bunu Kataloniya klubunun sabiq həkimlərindən biri olan Xordi Ardevol İspaniya mətbuatına açıqlamasında deyib.

Ardevol bildirib ki, ötən mövsümün sonu zədələnən argentinalı hücumçu həmin vaxt tamamilə sağalmadan yaşıl meydanlara qayıdıb. Bu isə onun yenidən eyni problemi yaşamasına səbəb olub: "Buna görə də o, tam hazır olmadan forma geyinməməlidir. Əvvəlcə Messi sağalmalıdır, sonra hazırlıqlara başlamalıdır".

Qeyd edək ki, La Liqada "Betis"lə matçda ayaq əzələsindən zədələnən futbolçu 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər 860 dəfə oxundu.