Halk "Tottenhem"ə keçə bilər
“Zenit” klubunun braziliyalı hücumçusu Hulk qış transfer pəncərəsində “Tottenhem”ə keçə bilər.

Braziliyalı futbolçu müsahibələrin birində qeyd etmişdir ki, yenidən Andre Villaş Boaşın rəhbərlik etdiyi komandada çıxış etmək istəyir.

“Tottenhem” klubundan bu transfer barəsində hər hansı bir açıqlama verilməsə də, bu transferin reallaşacağının çox az ehtimal olunduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm Hulk Rusiya Premiyer Liqasında çıxış etdiyi 11 oyunda 8 qol, Çempionlar Liqasında isə 4 oyunda 2 qol vurub.

Xəbər 817 dəfə oxundu.