Marko Reus öz milli komandasından ayrılacaq
Marko Reusun öz milli komandasından ayrılacağı gözlənilir.

İdman.com.az saytının məlumatına görə, Borussiya Dortmund klubu milli oyunçusu Marko Reusun klubdan ayrılacağını bildirib. Bu barədə alman mətbuatına müsahibə verən klubun rəhbəri Hans Jakim Vatzke: "Marko Reusun klubumuzla davam edən müqaviləsi ləğv oluna bilər. Bu səbəbdəndə o, klubumuzu tərk edə bilər"- deyə bildirib.

Ölkə mətbuatı Reusun Dortmund ilə müqaviləsinin ləğvinin 35 milyon avro olduğunu və Arsenal, Barselona, Mançester Yunayted ilə Paris Saint-Germainin 24 yaşlı oyunçuyla maraqlandığını iddia edib.

Xatırladaq ki, bu müqavilə 2017-ci ildə bitəcəkdi. Almaniya milli komandasında çıxdığı 17 matçda 7 qol yazan sol qanad oyunçusu, Borussiya Möncçenqladbaçdan Dortmunda 2012-ci ildə 17,1 milyon avroya transfer olunub.



Xəbər 702 dəfə oxundu.