Şəkidə şəhər məktəblərinin spartakiadası keçirilib
Noyabrın 7-də Azərbycan Respublikası Təhsil Nazirliyinin, Bədən Tərbiyəsi və İdman Mərkəzinin, Şəki şəhər Gənclər və İdman idarəsi və Şəki şəhər Təhsil şöbəsi ilə birgə “9 noyabr Dövlət Bayrağı günü” və “12 noyabr Konstitusiya günü” münasibəti ilə Şəki şəhər məktəblərinin spartakiadasını təşkil ediblər.

Spartakiadada oğlanlar və qızlar arasında voleybol, basketbol və stolüstü tennis növləri üzrə 500 nəfərə yaxın yeniyetmə və gənc öz qüvvə və bacarıqlarını sınayıblar.

Eyni vaxtda şəhərin bir neçə idman zallarında olimpiya sistemi ilə keçirilən gərgin mübarizələrdə qalib olan komandalara və onarın üzvlərinə mərkəz tərəfindən kuboklar, medallar və fəxri fərmanlar təqdim edilib.

Xəbər 694 dəfə oxundu.