Xetaq Qazyumovun adı FILA-nın reytinq siyahısında
FİLA tərəfindən 2013-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Dünya çempionatı zamanı "Ən yaxşı hücum edən güləşçi", "Ən yaxşı müdafiə olunan güləşçi" və "Ən effektiv güləşçi" nominasiyalarında reytinq siyahısı açıqlanıb.

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının lideri, Macarıstanda keçirilən Dünya çempionatında gümüş medal qazanmış Xetaq Qazyumov "Ən yaxşı müdafiə olunan güləşçi" nominasiyasında ilk onluqda yer alıb.

Xatırladaq ki, Xetaq Qazyumov Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı (Pekin-2008, London-2012), Dünya çempionu (2010) və iki dəfə gümüş mükafatçısı (2013), Dünya Kubokunun sahibi (2009), üçqat Avropa çempionu (2009, 2010, 2011), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl Qran Pri» Beynəlxalq Turnirinin final mərhələsinin ikiqat qalibi (2010, 2011) və bürünc (2009) medalçısıdır.

Xəbər 723 dəfə oxundu.