Ersin Dağlı oyun zamanı zədə aldı
Qalatasaray basketbol komandasının oyunçusu Ersin Dağlı oyun zamanı zədə alıb.

İdman.com.az saytının məlumatına görə, sarı qırmızılıların Beko Basketbol Liqasında Türk Telekom ilə oynadığı matçda zədələnən Ersin Dağlı sol ayaq daraq sümüyündə qırıq şübhəsiylə xəstəxanaya qaldırılıb. Oyunçunun sahələrdən nə qədər uzaq qalacağı isə həkimlərin müayinəsindən sonra bəlli olacaq.


Xatırladaq ki, Qalatasaray Liv Hospitalda daha əvvəl ürək narahatlığı səbəbi ilə mövsümü bağlayan Natan Java ilə gürcü oyunçu Manuçar Markoişvilinin üç ay meydandan uzaq qalacağı açıqlanmışdı. Qalatasarayda həmçinin Furqan Aldemir, Engin Atsür,Cenk Akyol və Ender Arslan da zədə aldıqlarına görə bəzi matçlarda forma geyinə bilmirlər.

Xəbər 1164 dəfə oxundu.