Vakıfbank yenə də liderdir
Vakıfbank liderliyini yenə də qorumağı bacarıb.

İdman.com.az saytının məlumatına görə, Acıbadəm Qadınlar Voleybol Liqasının matçları artıq tamamlanıb. 5 həftə davam edən matçda Ereğli Bələdiyyəsini öz meydanında 3-0 hesabı ilə məğlub edən Vakıfbank birinciliyi bu dəfə də əldə edib.
     
Liqada bu həftə 4 matç 3-0, bir matçda isə 3-1 və 3-2-lik hesablarla nəticələnib. Vakıfbankın 15 xalla ilk sırada iştirak etdiyi bal cədvəlində, Eczacıbaşı VitrA 12 bal və averajla ikinci olub.
      
Həftəni 12 xalla bağlayan Fənərbaxça üçüncü, 11 xalla Qalatasaray Daikin isə dördüncü sıra ilə kifayətlənib.


Xəbər 985 dəfə oxundu.