"Bakı"nın futbolçuları Lansda
“Bakı” klubu Madrid “Atletiko”su ilə yanaşı, “Lans”la işbirliyini də davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl 5 yeniyetmə futbolçusunu təlim-tədris üçün “Atletiko”nun futbol akademiyasına yollayan klubun artıq U-15 komandası da Fransaya çatıb.

Bu gün kollektiv üzvləri “Lans”ın bazası ilə tanış olublar. Həmçinin onlar Fransada qeyd edilən “Armistice” bayramına qatılıblar. Axşam saatlarında “Lans”ın “La Qaillette” bazasında məşq edən “Bakı”nın yetirmələri bu gün yoxlama görüşü keçirəcək. Komandaya rəhbərlik “sarı-qırmızılar”ın Uşaq Futbol Akademiyasının məşqçisi Arsene Herveyə tapşırılıb.

“Bakı”nın daha 3 yoxlama matçında meydana çıxması gözlənilir.

Xəbər 865 dəfə oxundu.