"Mançester Siti"də ciddi itki
İngiltərənin “Mançester Siti” klubu ciddi itiki ilə üzləşib.

Yarımmüdafiəçisi David Silva sıradan çıxıb.

O, Çempionlar Liqasının 4-cü turunda ÇSKA ilə oyunun 65-ci dəqiqəsində xəsarət alaraq meydançanı tərk edib. İspaniyalı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, 2010-cu ildən ingilis klubunun şərəfini qoruyan 27 yaşlı oyunçu cari mövsümdə 7 oyunda çıxış edib və 3 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

Xəbər 797 dəfə oxundu.