Açıq Avropa çempionatı Qusarda keçiriləcək
Oktyabrın 12-də Qusar Olimpiya İdman Kompleksində universal döyüşün layt və klassik versiyası üzrə kişilər və qadınlar arasında açıq Avropa çempionatı keçiriləcək. Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun idman.com.az saytına verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyi, Universal Döyüş Federasiyasının birgə təşkilatçılığı və «Beynəlxalq Bank»ın dəstəyi ilə keçiriləcək açıq qitə çempionatında Rusiya, Ukrayna, Belarusiya, Latviya, Litva, Estoniya, Rumıniya, Fransa, Finlandiya, Polşa, Almaniya, Çernaqoriya və digər ölkələrin idmançıları qüvvələrini sınayacaqlar. Ölkəmizi yarışlarda 2 heyət təmsil edəcək. Qadınlar 2, kişilər 7 çəki dərəcəsində mübarizə aparacaqlar.

Xəbər 2622 dəfə oxundu.