Dövlət Bayrağı Gününə həsr olunmuş veloyürüş keçirilib
Bu gün paytaxtda Dövlət bayrağı günü münasibəti ilə 14-17 yaşlı oğlan və qızlar arasında velosiped yarışı keçirilib. İdman.com.az xəbər verir ki, tədbir Azadlıq meydanının qarşısındakı fəvvarələr kompleksinin yanından start götürüb, Dövlət Bayrağı Meydanında başa çatıb. Rəqabətdə 150 yaxın velosipedçi iştirak edib.

“Bayrağımız qürur mənbəyimizdir” şüarı altında keçirilmiş yarışda Azər Rüstəmov 1-ci, Kamran Məmmədov 2-ci və Vüqar Nəsibov 3-cü yer tutub. Qızların rəqabətində Sürayə Tvaradze fərqlənib. Veloyürüşün ən gənc iştirakçısı Samirə Orucovaya sertifikat təqdim edilib.

Nəzərinizə çatdıraq ki, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarış, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə dəstəyi ilə keçirilib.


Xəbər 2072 dəfə oxundu.