Son 2 ayın "ən yaxşı oyunçuları" kimlər oldu?
Peşəkar Futbol Liqasının prezidenti sentyabr və oktyabr ayının "ən yaxşı oyunçuları" ilə bağlı fikirlərini açıqlayıb. İdman.com.az xəbər verir ki, Ramin Musayev tədbirlə bağlı bunları söyləyib:

"Sentyabr və oktyabr ayının ən yaxşı oyunçularına görə şadam. Uşaqlar bu tempdə də davam etməlidilər. Çox istərdim ki, azarkeşlər də onları daha yaxşı dəstəkləsinlər.

Amma bunu görmürük. Futbolçular da bundan daha yaxşı çıxış etməyə çalışmalıdılar. Reynaldo yerli futbolçu olmasa da, ona görə də sevinirəm. Braziliyalı futbolçuya gələcəkdə də uğurlar arzulayıram".

Qeyd edək ki, sentyabrın ən yaxşı oyunçusu "Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov, oktyabr ayının ən yaxşısı isə "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo olub.

Əfran İsmayılov həmçinin sentyabr ayında vurulmuş ən gözəl qol müəllifidir. "Bakı"nın hücumçusu Rauf Əliyev isə bu uğurun oktyabr mükafatçısıdır.

Ən yaxşı oyunçular Topazdan hərəyə 1500 manat, ən gözəl qol müəllifləri isə 1000 manat mükafat alıblar.

Xəbər 1027 dəfə oxundu.