"Borussiya"nın futbolçusu "Real"a keçə bilər
“Borussiya” (Dortmund) klubunun türk əsilli yarımmüdafiəçisi İlkay Gündoğan mövsümün sonunda Madrid “Real”ına keçəcək.

“Kral klubu” artıq Dortmund “Borussiya”sı ilə keçid barəsində razılığa gəlib.

İ.Gündoğanın transferi bilavasitə Nuri Şahinin Dortmund klubuna keçidi ilə əlaqələndirilir. “Borussiya” rəhbərliyi də Gündoğana mövsümün sonunda klubu tərk etmək üçün razılıq verib.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm hələ ki, “Borussiya” forması ilə fərqlənə bilməyib.

Xəbər 897 dəfə oxundu.